Pentaqonun S-400 tərəddüdü ortaya çıxdı: Tramp əngəlləyib

Baxış sayı:
8995

S-400-lərin Türkiyəyə gəlməsiylə ultimatum xüsusiyyətində mətbuat açıqlaması etmək istəyən Pentaqonu Trampın əngəllədiyi ortaya çıxıb. Tramp ABŞ-ın S-400-lərlə bağlı fərqli bir davranış ortaya qoyacağının siqnallarını G-20 Zirvəsində vermişdi. ABŞ ilə Türkiyə arasında uzun müddətdir problem olan S-400 mövzusu Trampın G-20 zirvəsində söyləmiş olduğu "Türkiyəyə ədalətli davranılmadı" ifadələriylə fərqli bir ölçüyə daşınmışdı. Ağ Ev qaynaqlarından əldə edilən məlumata görə, Türkiyəyə ilk S-400 daşınmasından sonra Pentaqon Türkiyə - ABŞ əlaqələrini dönülməz bir nöqtəyə daşıyacaq mətbuat açıqlaması etmək istəyib, ancaq prezident Tramp "Bu dəfə deyil" deyərək yığıncağın təxirə salınmasını söyləyib. CAVAB GÖZLƏDİLƏR S-400-lərlə bağlı mətbuat açıqlaması təşkil etmək istəyən və bunu Ağ Evə bildirən Pentaqon, Trampdan cavab gözləyib. Cavab gəlməyincə, yığıncaq iki dəfə təxirə salınıb. Sonunda Trampın cavabı "etməyin" olub. Beləcə Pentaqon mətbuat konfransını müddətsiz təxirə saldığını müxbirlərə bildirib. Müxalifət.az