Pentaqondan Türkiyəni QARALAMA KAMPANİYASI

Baxış sayı:
5074

Pentaqonun düşüncə təşkilatı olan RAND, səhifəsindəki bir yazıda İŞİD-in Türkiyədə yeni baza yaradacağını və buradan Qərbə hücum edəcəyi kimi yalan və axmaq fikrə yer verib.
 
Rəhbərləri arasında ABŞ-ın keçmiş müdafiə nazirləri və MKİ-nin keçmiş direktorlarının da olduğu RAND, ABŞ-da "Pentaqonun mülki beyin mərkəzi" kimi tanınır. RAND analitik mərkəzinin 16 fevral 2018-ci il tarixli xəbərində Türkiyəyə qarşı tətbiq olunacaq yeni qaranlıq oyunun ipucları verilib.
 
TÜRKİYƏYƏ QARAYAXMALAR
 
İŞİD-in Suriya və İraqdakı terror fəaliyyətinin zəifləməsindən sonra Türkiyənin yeni baza olaraq müəyyənləşdiriləcəyi irəli sürülüb. Yazıda İŞİD terrorçularının ötən avqust ayında Avstraliyadan Türkiyəyə gətirmək üçün qabaqcıl texnologiyaya malik partlayıcı bir elektron cihaz sifarişi verdikləri, Türkiyədə kəşfiyyat fəaliyyətlərinə başlayıb, yaxın zamanda burada  böyük bir münaqişə baş verəcəyi qarayaxması və təhdid həyata keçirilib. İŞİD-in həm Türkiyədə, həm də bu ərazini logistik mərkəzi kimi istifadə edərək Qərb ölkələrinə qarşı terror fəaliyyətlərini artıracağı kimi son dərəcə qaranlıq işarələrin verildiyi yazıda, prezident Rəcəb Tayyib Ərdoğanın dövlətin yüksək vəzifəli şəxsləri və hüquq-mühafizə orqanlarının bu təhdidi görməzdən gəldiyi istiqamətində manipulyasiyaya da yer verilib. ABŞ ilə Türkiyə arasındakı münasibətlərin daha da gərginləşəcəyi barədə məlumatla yanaşı, ABŞ Müdafiə Nazirliyinin Türkiyə haqqındakı planları da yazıda ifşa edilmiş olub.
Pentaqonun üst ağlı RAND, İŞİD üzərindən Türkiyəni böhtanlarla qaralayıb, alçaqcasına hücum edir.
 
KÖLGƏ TƏŞKİLAT
 
Mərkəzi ABŞ-ın Kaliforniya ştatıın Sanda Monica şəhərində yerləşən və "Kölgə Pentaqon" olaraq da bilinən RAND, "Ərdoğanın ölümcül kor nöqtəsi" başlığı ilə verilən yazısında güclərini tamamilə itirən İŞİD terrorçularının ən çox qaçdığı ölkənin Türkiyə olduğu, bu terrorçuların Türk və xarici olaraq ikiyə bölündüyü, əcnəbi terrorçuların da əsasən Qafqaz, Uyğur, Orta Asiya Türk dövlətləri və Ərəb ölkələrindən gələnlərdən ibarət olduğu iddiasına yer verilib.
Müxalifət.az