​Pentaqondan İrana ŞOK cavab: Hörmüz boğazına görə hazırıq

Baxış sayı:
5452

Pentaqon Hörmüz boğazında gəmilərin sərbəst hərəkətini təmin etmək gücündədir.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ ordusunun Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi Bil Urban deyib.
“ABŞ və tərəfdaşları regionda təhlükəsizlik və stabilliyi təmin edirlər. Biz beynəlxalq normalar əsasında naviqasiya və kommersiya daşımalarının sərbəstliyini təmin etməyə hazırıq”, - o bildirib.
Qeyd edək ki, İran bundan öncə ölkə neftinin ixracına qadağa qoyulacağı halda Hörmüz boğazını bağlayacağını açıqlamışdı.