Pentaqon şefindən ŞOK SÖZLƏR: "Çin və Rusiya ilə əməkdaşlığa başlayırıq..."

ABŞ Rusiya və Çinlə rəqabət aparmaq yox, əməkdaşlıq və birgə fəaliyyət sahəsində maneələri dəf etmək niyyətindədir.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Ceyms Mettis deyib.
ABŞ-ın yüksək çinli hərbçisi bildirib ki, bu iki millət və böyük dövlətlə rəqabət aparmaqdansa, əməkdaşlıq etmək daha düzgündür: "Biz rəqabətin böyüməsini istəmirik. Rusiya ilə Çinin qarşılıqlı münasibətinə gəldikdə, zənnimcə, obyektiv faktdır ki, Rusiyanın Qərb və ABŞ-la ümumi maraqları Çinlə müqayisədə daha çoxdur".
Pentaqon rəsmisi hesab edir ki, Çini də Rusiyadansa Sakit okean ölkələri, ABŞ və Hindistanla daha çox şey birləşdirir.
Ceyms Mettisin fikrincə, təbii ziddiyyətləri olan Rusiya ilə Çini yalnız müvəqqəti maraqlar yaxınlaşdıra bilər: "Bu iki ölkə beynəlxalq mühakimədən çəkinmək və ya publika qarşısında əzələ nümayiş etdirmək lazım gələndə bir yerdə olur..."