Pensin S-400 təzyiqinə Ərdoğanın S-500-lük cavabı - ANALİZ

Baxış sayı:
7009

Pentaqon Trampun Suriyadan çəkilmə qərarına qarşılıq həmişə olduğu kimi, yenə gecikməyə səbəb olur. Tramp yaxın günlərdə 24 saat ərzində Suriyaya dair mühüm bir bəyanat verəcəyini açıqladı. Bu ifadənin "İŞİD Bitdi" yönündə olması gözlənilirdi. Ancaq o istədiyini deyə bilmədi. Bunun əvəzinə o, PKK-nın əlində 800 İŞİD-çı əsirin gələcək taleyinin necə olacağı sualını gündəmə gətirdi.
 
Burada bir də S-400 məsələsinə toxunmaq lazımdır ki, bu da bir parantez olaraq ABŞ diplomatiyasının bazarlıq elementi kimi istifadə olunur. ABŞ S-400 müzakirələrini Münbiç görüşləri ilə eyni vaxtda aparmaq istəyir. Belə ki, son dövrdə ABŞ-ın vitse-prezidenti Pens Ankaraya zəng edərək "S-400-dən imtina edin, bu, prezident Trampın istəyidir" deyə çağırış edib. Prezident Ərdoğanın da tərəf müqabilinə "Bundan dönüş yoxdur, bu iş bitdi” cavabını verdiyi bilinir. Ərdoğanın S-400-ü Rusiya ilə birgə istehsal etmə və əlavə olaraq S-500-ü də istədiklərini söyləməsi ABŞ üçün bu təzyiq məsələsinin bazarlıq predmeti olaraq bağlamasına işarədir.
Ayrıca ABŞ-ın yaratdığı bu gecikmələr nəticəsində terror təşkilatı PKK/YPG də vaxt qazanır. Bölgədən gələn məlumatlara baxılsa, PKK / YPG-li terrorçular Qamışlı, Ayn El Arab kimi bölgələrdə Türkiyə sərhədinə doğru yeni tunel qazmağa, təhcizatlarını artırmağa davam edirlər. Suriyanın Türkiyə ilə sərhədindəki qazıntı tunellərinə bağlı bəzi evlərdə çatlamalar və dağıntılar olduğu bildirilir.
Terror təşkilatının bu istehkamı ABŞ sonrası dövrə hazırlıq kimi şərh edilir. ABŞ Mərkəzi Qüvvələri komandiri general Votelin bölgədəki PKK terrorçubaşlarını ziyarət etməsinə gəldikdə, bu, ABŞ-ın koordinasiyasında həyata keçirilir. Görünən odur ki, o bölgədən gözəlliklə çıxmayacaqlar. Əgər onlar mümkün olarsa, onlar Fransız-Alman-Britaniya əməkdaşlığının çətiri altına sığınacaqlar. Bu da o deməkdir ki, Türkiyə yenə öz göbəyini özü kəsmək məcburiyyətindədir.

Müxalifət.az