​Paşinyanın seçki oyunu: istefaya gedir və...

Baxış sayı:
3367

Yeni Seçki Məcəlləsinin qəbulundan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan istefaya getməyə hazırlaşır.
Muxalifet.az xəbər verir ki, bu barədə “Jamanak” qəzeti məlumat yayıb. Paşinyanın bununla növbədənkənar parlament seçkisinin keçirilməsini tezləşdirməyə çalışdığı bildirilib.
“Paşinyan çalışır ki, növbədənkənar parlament seçkisinin sentyabrda keçirilməsinə nail olsun. Yeni Seçki Məcəlləsi parlamentin gündəminə yaxın zamanlarda gətiriləcək, 15 iyulda isə bununla bağlı səsvermə olacaq. Məcəllənin qəbulundan sonra Paşinyan istefaya gedəcək. Paşinyan çalışır ki, parlament fraksiyaları ona qarşı hansısa rəqib irəli sürməsinlər. Belə ki, əgər iki dəfə baş nazir vəzifəsinə namizəd irəli sürülməzsə (Paşinyanın istefasından sonra – red.), o zaman parlament avtomatik buraxılacaq və sentyabrın sonunda yeni parlament seçkisi baş tutacaq”.