Paşinyan Tehrana gedəcək
26-02-2019 14:33
Baxış sayı:
7630

Ermənistanın baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan fevralın 27-də Tehrana rəsmi səfər edəcək.
Open.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Paşinyanın İran prezidenti Həsən Ruhani və ali lideri Ayətullah Əli Xamneyi ilə görüşü nəzərdə tutulub.
Danışıqların ardından iki ölkənin liderləri mətbuata açıqlama verəcək. İran prezidenti Paşinyanın şərəfinə rəsmi yemək verəcək.
Ermənistanın baş naziri İran Parlamentinin sədri Əli Laricani ilə də görüşəcək.
O, fevralın 28-də İsfahana gedəcək, orada vilayət valisi və erməni icmasının nümayəndələri ilə bir araya gələcək.