Paşinyan Sərkisyanın ən böyük düşmənini AZAD ETDİ
13-06-2018 15:51
Baxış sayı:
7936

Ermənistanın Təsisçi Parlament hərəkatının həbsdəki lideri Jirayr Sefilyan azadlığa buraxılıb.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İrəvan Apelyasiya Məhkəməsi qərar qəbul edib. Məhkəmə həmçinin Sefilyanın tərəfdarları olan Gevork Səfəryan, Nerses Poqosyan, Sasunik Kirakosyan, Qrayr Topçuyan və Qalust Qriqoryana qarşı həbs qətimkan tədbirinin dəyişdirilməsiylə bağlı tələbi qəbul etdiyini açıqlayıb.
Qeyd edək ki, bundan öncə Baş nazir Nikol Paşinyanın partiyasının deputatı Alen Simonyan Sefilyan azadlığa çıxması üçün zəmanətçi olacağını bildirmişdi.
Sefilyan Ermənistanda polis bölməsini ələ keçirən “Sasna Tsrer” qrupuna rəhbərlik edib. Onun rəhbərlik etdiyi qrup bölmənin ələ keçirilməsi zamanı 2 nəfəri qətlə yetirib.