Paşinyan Sərkisyanın mətbuat katibinə VƏZİFƏ VERDİ
1-06-2018 11:51
Baxış sayı:
5317

Ermənistan Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin sədr müavini vəzifəsinə Vladimir Akopyanı təyin edib.
Muxalifət.az xəbər verir ki, Vladimir Akopyan 1982-ci ildə İrəvanda anadan olub. 2006-cı ilə qədər o, Ermənistan Silahlı Qüvvələrinin kompüter mərkəzində texniki operator işləyib və gizir rütbəsində olub. 2006-cı ildən 2015-ci ilə qədər Akopyan gözlənilmədən Ermənistan Milli Təhlükəsizlik Xidmətinə cəlb edilib və burada mayor rütbəsinə qədər yüksəlib.
2015-ci ildə isə o, Serj Sərkisyana mətbuat katibi təyin edilib.