Partiya liderinə qarşı BOMBALI HÜCUM: 12 ölü, 35 yaralı
11-07-2018 10:25
Baxış sayı:
3601

Pakistanda Avami Milli Partiyasının mitinqi əsnasında kamikadze hücumu qeydə alınıb.
Muxalifət.az xəbər verir ki, hücum zamanı millət vəkilliyinə namizədlər də daxil olmaqla, 12 nəfər ölüb, 35 nəfər yaralanıb.
Hadisə Peşəvərin Yakatoot bölgəsində meydana gəlib. Əldə edilən məlumata görə, AMP-nin millət vəkilliyinə namziədi Harun Billurun mitinqi zamanı ona qarşı sui-qəsd təşkil edilib. Namizəd ağır yaralanıb və xəstəxanada dünyasını dəyişib.