Papa Teodorun keşişlik statusunu əlindən aldı

Baxış sayı:
7567

Roma Papası Fransisk Vaşinqtonun keçmiş baş yepiskopu 88 yaşlı Teodor Makkarrikin keşiş statusunu əlindən alıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı "Sabah" qəzeti yayıb. Məlumata görə, Papa Fransis Teodor Makkarrikin keşişlikdən azad edilməsini rahiblərin cinsi istismarının qarşısını alınması və digər məsələlərin danışılması üçün nəzərdə tutulan dünya yepiskopları yığıncağının başlamasından 5 gün əvvəl açıqlayıb. Onun bu statusunun əlindən alınmasına səbəb isə "günah çıxarma" seansları zamanı "günah çıxaran"lara cinsi əlaqədə olma təklifi etməsi və yetkinlik yaşına çatmayan şəxsləri cinsi istismar etməsi olub.
Qeyd edək ki, Vatikan mətbuatı yanvarın 10-da Teodor Makkarrikin "günah çıxarma" seanslarında azyaşlıları və yeniyetmələri cinsi istismar etməsi ilə bağlı məlumat yaymışdı.