​Pakistanın yeni baş naziri bəlli oldu

Baxış sayı:
3754

Pakistan Konstitusiya Məhkəməsinin qərarına əsasən, ölkənin yeni baş naziri Nəsirül Mülk seçilib.
Muxalifet.az xəbər verir ki, bu barədə sabiq baş nazir Şahid Hakan Abbasi və Pakistan Halqa Partiyasının lideri Xurşud Şah ortaq razılığa gəlib. X.Şah yeni baş nazirin vəzifəsini layiqincə yerinə yetirəcəyini söyləyib:
“Demokratik yollarla seçilən hökumətin 5 illik vəzifə müddətinin başa çataraq seçkilərə getməsindən xoşbəxtlik duyuruq. Baş nazirin ölkəni müstəqil və ədalətli seçkiyə aparacağına ümid edirik. Nəsirül Mülk keçmişi təmiz bir insandır”.
Qeyd edək ki, mayın 31-də Pakistanada mövcud hökumətin vəzifə müddəti başa çatacaq. Nəsirül Mülk iyun ayının 1-dən seçkilərə(25 iyul) qədər müvəqqəti olaraq hökumətə başçılıq edəcək.