Özgecan Aslanın əmisi qızı da öldürüldü - onu öz əri qətlə yetirib - təfərrüat

Baxış sayı:
4489

2015-ci ildə öldürülən Özgəcan Aslanın qohumu Cəmilə Ərtürkoğlu ayrılmaq üzrə olduğu həyat yoldaşı Mustafa Ərtürkoğlu tərəfindən qətlə yetirilib.

Muxalifet.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Mersin şəhərində yaşanıb.

Mersin Cümhuriyyət Prokurorluğu cinayəti törədən haqqında "amansızlıqla öldürmə" maddəsilə ağırlaşdırılmış ömürlük həbs cəzası istəyib.

Cinayətdən sonra ortaya çıxan detallar heyrət doğurub.

Yerli mətbuatdan verilən məlumata görə, 2015-ci ildə avtobusda təcavüzə uğrayaraq öldürülən 20 yaşlı Özgecan Aslanın əmisi qızı olan 34 yaşlı Cəmilə Ərtürkoğlu əri tərəfindən boğazı kəsilərək öldürülüb.

Qadının əri M. Ərtürkoğlu boşanmaq üzrə olduğu yoldaşı Cəmiləni evinə hədiyyə vermək bəhanəsi ilə çağırıb.

Daha sonra aralarında mübahisə yaranıb və o, qadını öldürüb. Hadisəni ört-basdır etmək istəyən qatil cəsədi parçalara ayıraraq ətçəkən maşından keçirib və fərqli yerlərdə basdırıb.

Mustafa hadisəni törətdikdən sonra oğlunu məktəbdən götürüb, qonşuya aparıb. Özü isə evdəki qan izlərini paltar sabunu ilə təmizləyib.

Cinayətin ortaya çıxmasını ardınca polis tərəfindən tutulan Mustafa Ərtürkoğlu həbs olunub.

Hadisə ilə bağlı ilk məhkəmə 21 noyabrda baş tutacaq.

Özgecan aslanın kuzeniydi ile ilgili görsel sonucu

Özgecan Aslan'ın kuzeni cemile