Özbəkistanda nikah qadağası
24-02-2019 23:52
Baxış sayı:
1723

Özbəkistanda yaxın qohumlar arasında nikah bağlanması qadağan edilə bilər.
Muxalifet.az xəbər verir ki, Səhiyyə Nazirliyi ölkənin Ali Kodeksinə dəyişiklik etmək haqqında qanun layihəsini müzakirəyə çıxarıb. Qanun layihəsinin 16-cı maddəsində dəyişiklik etmək nəzərdə tutulur.
Yeni dəyişikliyə əsasən qardaş və bacıların övladlarının evlənməsi qadağan olunur.
Hazırda doğma və ögey bacı-qardaşlar, övladlığa götürülən uşaqlarla valideynlər arasında nikaha yol verilmir. Müzakirələr martın 9-dək davam edəcək.
Xatırladaq ki, Özbəkistanda nikah yaşı kişilər üçün 18, qadınlar üçün isə 17 yaş müəyyən edilib.