“Öz 'ballistik raket və İHA-larımızı buraxırıq' açıqlaması

Yəməndəki Husilər tərəfindən Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələri ilə mübarizə etmək üçün "yeni ballistik raketlər və insansız hava vasitələri (İHA)" istehsal etdikləri açıqlanıb.
Husilərə bağlı “SABA” xəbər agentliyinə görə, Yüksək Siyasi Şuranın rəhbəri Mehdi əl-Meşat paytaxt Sanada ballistik raketlərlər və İHA modellərinin nümayiş edildiyi hərbi sənaye sərgisinin açılışını edib.
Sərgidə “Qüds 1” qanadlı raketi, “Qasef-2K” və “Samad 2” tipli İHA-lar və “Samad 1” insansız kəşfiyyat təyyarəsinin nümayiş etdirildiyinə işarə edilən xəbərdə, bu yeni silahların hərbi qabiliyyətlərini artıracağı və müharibənin gedişinə təsir edəcəyi ifadə edilib.
Yəməndəki Husilər son zamanlarda orta mənzilli ballistik raketlər və insansız hava vasitələriylə Səudiyyə Ərəbistanında hava limanları başda olmaqla, bir çox hədəfə hücum təşkil edir.
Qeyd edək ki, uzun müddətdir siyasi qeyri sabitliyin hökm sürdüyü Yəməndə İranın dəstəklədiyi Husilər ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrliklərinin (BƏƏ) dəstəyini alan yerli hökumətə bağlı güclər arasında qarşıdurmalar yaşanır.
Müxalifət.az