Ötən həftənin “qəhramanları” – AYDIN ƏLİYEV VƏ HEYDƏR ƏSƏDOV BİRİNCİLİK UĞRUNDA “SAVAŞIR”

İKİNCİ YERİ KƏMALƏDDİN HEYDƏROV TUTUR - Maliyyə naziri Samir Şərifov bu həftə üçüncü yerdədir

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da müəyyən etmiş olacaqsınız.

Beləliklə, ötən həftə - 16-22 oktyabr 2017-ci il tarixlərində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 1-ci yeri “Özü öz “qələmini qıran” Aydın Əliyev saman çöpü axtarır” başlıqlı yazının, “Ziya Məmmədovun nazir qudasının da limiti bitmək üzrədir”, “Heydər Əsədov aqrar sektoru necə batırır” adlı iki məqalənin 12 elektron KİV-də yayılması ilə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Kənd Təsərrüfatı naziri Heydər Əsədov bölüşdürür.

Mətbuatda ən çox adı hallanan 2-ci məmur “Portfelsiz, tərki-silah “fövqəlçöküş”...”, “Kəmaləddin Heydərovun bankı çətin vəziyyətdə”“Holland nazir Kəmaləddin Heydərovu avtomobilindən qovubmuş” başlıqlı 3 məqalənin 8 saytda yayılması ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov olmuşdur.

Ötən həftə mətbuatda ən çox adı hallanan 3-cü məmur yerini isə “Samir Şərifovu yeni vəzifə, yoxsa kadr islahatı gözləyir?” adlı 2 məqalənin 7 elektron KİV-də yayıması ilə maliyyə naziri Samir Şərifov tutmuşdur.
 

ÖTƏN HƏFTƏ ÖZÜNDƏN SÖZ ETDİRƏN DEPUTATLAR...
 
Həftə ərzində “Şəmsəddin Hacıyev istintaqa çağırılıb” adlı 1 yazının 9 saytda işıqlanması ilə Şəmsəddin Hacıyev deputatlar arasında birinci olmuşdur.

“Nəriman Əliyevin “Ştutqart” bəlası: - iflas, dələduzluq və …” adlı yazının 7 elektron KİV-də yayılması ilə deputat Nəriman Əliyev isə ikinci olmuşdur.
 
Muxalifet.az