​Ötən gün metrodan 762 min sərnişin istifadə etdi

Baxış sayı:
6637

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti mayın 29-da 761 717 nəfər sərnişin daşıyıb.
Bunu qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, bu adi günlərə nisbətən 171 717 nəfər, yaxud 29,1% çoxdur. Qeyd edək ki, Bakı metrosu ilə gün ərzində orta hesabla 590-600 min civarında sərnişin daşınır.
Qurum sözçüsü saat 00:00 - 04:00 arasındakı gücləndirilmiş iş rejimi müddətində də daşınan sərnişinlərin sayını açıqlayıb. Bu vaxtlarda metrodan 43 529 sərnişin istifadə edib.
Xatırladaq ki, dünən Bakıda UEFA Avropa Liqasının finalı keçirilib.