Otelə silahlı hücum! Çox sayda ölü var
4-06-2019 16:45
Baxış sayı:
12292

Avstraliyada silahlı təcavüzkar bir oteli basaraq insanlara atəş açıb. Hadisədə ən az 5 adam həyatını itirib. Avstraliyanın şimalında yerləşən Darvin bölgəsində silahlı təcavüzkar bir otelə girərək insanlara yaylım atəşi açıb. Hücumda ən az 5 adam həyatını itirərkən, 2 adamın da yaralandığı açıqlanıb. Avstraliya polisi təcavüzkarın 45 yaşında olduğunu və tutulduğunu bəyan edib. Hadisənin bir terror hücumu olub olmadığı haqqında isə bir məlumat paylaşılmayıb. Müxalifət.az