Ordumuz üçün 100 milyon manatdan çox pul toplandı
1-06-2019 23:32
Baxış sayı:
6751
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı bəlli olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu il iyunun 1-dək fonda 99.845.168,79 AZN, 213.577,88 ABŞ dolları, 16.636,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrin Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.