Orduda MÜHÜM YENİLİK: bu, qadağan edildi
7-03-2019 11:57
Baxış sayı:
9361
Türkiyə Silahlı Qüvvələrində internetdən istifadəyə qadağa qoyulacaq.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, buna səbəb orduda xidmət edən əsgərlərin mövqelərini, şəxsi bilgilərini və fotolarını internetdə paylaşmasıdır.
Hərbi mütəxəssislər bu durumu ciddi təhlükə olaraq dəyərləndirir. Çünki bu bilgilərin paylaşılması düşmən kəşfiyyatına birbaşa xidmət etmək deməkdir.
Qeyd edək ki, dünyanın bir çox güclü ölkələrində artıq bu qadağa mövcuddur. Rusiya da belə təşəbbüs irəli sürərərək yaxın günlərdə orduda xidmət edənlərin sosial mediadan istifadəsinə qadağa qoyub.