"Onu mənə geri verin!” – Keçmiş nazir

Baxış sayı:
5596

“Milan”ın sabiq rəhbəri Silvio Berluskoni “qırmızı-qaralar”ın yenidən güclənə biləcəyini deyib. Muxlifet.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya mətbuatına danışan Berluskoni, bunları deyib: “Bugünkü “Milan”ı keçmişdəki möhtəşəm “Milan”a çevirmək olduqca asandır. Ancaq reallaşması bir o qədər də çətindir. “Milan”ı mənə geri verin! Mənim “Montsa”m indiki “Milan”ı 3:0 hesabıyla məğlub edər. Əlbəttə, bu bir zarafatdır. Marko Campaolonu şəxsən tanımıram və nə üçün uğursuz olduğunu bilmirəm. Stefano Pioli ilə də yaxın əlaqələrim yoxdur. “Milan”ı gücləndirib-gücləndirməyəcəyini bilmirəm”. 1986-2017-ci illər aralığında “Milan”a rəhbərlik edən Berluskoni, 2017-ci ildə klubu çinli iş adamlarına satıb. Berluskoni hazırda İtaliya C Seriyası təmsilçisi “Montsa”nın sahibidir. Berluskoni 2008-2011-ci illər aralığında İtaliyanın baş naziri olub.