Onlar məhv edilməlidir, çünki... - Boqdanov

Baxış sayı:
8950

Suriyanın İdlibdəki silahlı qruplara qarşı hərbi əməliyyatı qaçılmazdır.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov çıxış edib.
"Bunun qaçılmaz olduğunu düşünürəm. Çünki təslim olmayan radikal qruplar təbii olaraq məhv edilməlidir. Bu məsələ sentyabr ayında türkiyəli tərəfdaşlarımızla və digər bütün maraqlı tərəflərlə müzakirə edilib", - Boqdanov qeyd edib.