Ölümlə çarpışan xalq artistinin son vəziyyəti ürək dağladı - VİDEO
25-02-2019 17:38
Baxış sayı:
4876

Bir müddət əvvəl səhhəti pisləşən Xalq artisti Naibə Allahverdiyevanın son vəziyyəti ürək parçalayıb.
"ATV maqazin onlarla" verilişinə müsahibə verən aktrisa başına gələnləri bir-bir danışıb:
"Qan təzyiqim yüksək olur. Sistemi qoşdular mənə. Arasından 5-10 dəqiqə keçmişdi. Bir də gördüm ki, nəsə məni çırpdı. Əllərim başladı qıcanmağa və belimdə dəhşətli ağrılar yarandı. Qışqırığıma bütün məhəllə yığılmışdı. İnanırsınız, hələ də o stressi yaşayıram. Ölü kimiyəm".
N. Allahverdiyeva bu hala düşməsində həkimini ittiham edib:
"Mən kimə şikayət edim, kimə nə deyim? Bu onun üstünə atır. O deyir ki, yəqin, sistemi soyuq vurublar. Mən elə bir vəziyyətdəyəm ki... Birdən olmazdı belə, oları elə... Buna kim cavab verəcəkdi?"./BAKU.WS