Ölüm xəbəri yayılan Cavan Zeynallı danışdı: ŞOK OLDUM - FOTO

Baxış sayı:
18043

Xalq artisti, cazmen Cavan Zeynallının ölüm xəbəri yayılıb. Bu barədə xəbəri prodüser və aparıcı Tarix Əliyev sosial şəbəkədə paylaşıb. İddiaya görə, Xalq artisti bu gecə 74 yaşında dünyasını dəyişib. Səhər 6-da dostum cazmen Tofiq zəng edib ki, Cavan, ölməmisən? Eşidəndə şok oldum. Bu sözləri bu gün ölüm xəbəri yayılan xalq artisti Cavan Zeynallı deyib./kult.az