Ölkə qarışdı: ABŞ səfirliyini yandırdılar

Baxış sayı:
6298

Orta Amerika ölkəsi olan Hondurasda hökumət əleyhinə nümayişlər davam edərkən, etirazçılar ABŞ səfirliyinin giriş qapısının qarşısında rezin şinlər yandırıb.
 
Səlahiyyətlilər etirazlar əsnasında maskalı kəslər tərəfindən ABŞ səfirliyi qarşısında rezin şinlər yandırıldığını ifadə edərək, səfirlik personalından yaralanan olmadığını açıqlayıb.
Etirazçıların lideri Suyapa Figueroa səfirlik önündəki yanğının  nümayişçilər arasına sızan hökumət yanlısı şəxslər tərəfindən törədilmiş ola biləcəyini iddia edib.
Qeyd edək ki, Hondurasda minlərlə müəllim və tibb işçiləri tərəfindən ölkədəki sağlamlıq və təhsil sektorunda planlanan islahatlara qarşı dünən təşkil edilən etirazlarda 25 adam yaralanmışdı.
Minlərlə həkim və müəllim dövlət başçısının fərmanlarına qarşı son həftələrdə Hondurasın paytaxtı Tegucigalpada nümayişlər təşkil edir.
Etirazçılar islahatların özəlləşdirməyə, müəllimlər ilə həkimlərin toplu işdən çıxarılmalarına yol aça biləcəyindən narahatlıq edir.
Hökumət isə islahatların işdən çıxarmalara və özəlləşdirmələrə səbəb olacağı istiqamətindəki söz-söhbətləri rədd edir.
Həkimlər peşəsi Honduras Tibb Birliyi (CMH) və müəllimlər peşəsi Qeyd edək ki, Honduras Müəllim Təşkilatları Federasiyası (FOMH) keçən ay Milli Konqres tərəfindən təsdiqlənən təhsil və sağlamlıq xidmətlərinin özəlləşdirilərək yenidən qurulmasına yönəlik verdiyi qərardan sonra milli tətil çağırışı etmişdi.
CMH və FOMH etdikləri açıqlamalarda, Milli Konqresin verdiyi qərarları qəbul etməyəcəklərini vurğulamışdı.
Müxalifət.az