Keşiş casus Brunsondan Türkiyə əleyhinə düşməncə çıxış

Baxış sayı:
11845

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyası Konqresindəki Türkiyə ilə bağlı keçirilən toplantısında çıxış edən keşiş casus Brunson, prezident Rəcəb Tayyib Ərdoğana yönəlik həyasız ifadələr işlədib. Casus Brunson "Türkiyədəki dini azlıqlara yönəlik nifrətdə artım var. Xüsusilə, Ərdoğan rejimi düşməncə bir mövqedədir. Məncə Türkiyədə ermənilər və digər Ortodokslar kimi, azlıq Xristian qrupları da gərginliyi hiss edir" deyib.
 
"Türkiyə hökuməti radikal İslam ixrac edir" deyən casus Brunson, "Rəcəb Tayyib Ərdoğan, 'Türk demək, Müsəlman deməkdir' deyir. Bu ifadə İslamdan dönərək Xristian olanları doğrudan xain olaraq görəcəyi mənasını verir. Xristianlar Türk hökuməti üçün təhlükə deyil, ancaq onlar tərəfindən belə görülür" deyə söyləyib.
 
'Xristian olduğum üçün bunları etdilər'
 
Keşiş donuna girmiş bu xain casus Brunson Türk hökuməti tərəfindən ölkədən çıxarılan xarici Xristianların artdığına diqqət çəkib. Brunson Türkiyədən çıxarılan 50-dən çox Protestant ailənin Kilsə ilə yaxın əlaqələri olduğunu dəlil kimi göstərib. Haqqındakı iddianamə və mühakimə ilə əlaqədar da danışan Brunson, "Türk Xarici İşlər naziri hələ fə mənə casus deyir. Hələ də inancım deyil, terrorla əlaqə səbəbiylə ittiham olunduğumu söyləyirlər. Bu qəti şəkildə doğru deyil. Terrorçu olduğumu, Türk düşməni olduğumu, MKİ-nin Orta Şərq üzrə rəhbəri olduğumu, Türk hökumətini devirərək zorla Xristian dövləti qurmaq istədiyimi söylədilər" deyib.
Bütün bu təbliğat kampaniyalarının Xristianlar haqqında Türk ictimai rəyində mənfi bir imic meydana gətirmə səyi olduğunu iddia edən casus keşiş, sözlərinə belə davam edib:
"Xristianlara yönəlik nifrət ifadələri artdı. Yəni şərtlər yaradılmışdır. Yəni kilsəyə zülm edildiyində, Xristianlara qarşı zorakılıq hadisələri yaşandığında, Türklərin çoxu artıq 'buna layiqdirlər' deyəcək".
Müxalifət.az