İsrailin Aralıq dənizində işğal planı

Fələstinin məhvinin müzakirə olunduğu Bahreyndə Şərqi Aralıq dənizində yaşanan gəlişmələrin də danışıldığı ifadə edilir. Fələstinli Beynəlxalq Əlaqələr eksperti Cəlal Selmi sionist dövlətin yeni Aralıq dənizi layihəsi çərçivəsində Livan İqtisadi Bölgəsi xüsusiyyəti daşıyan Kariş bölgəsi və 9-cu blok olaraq adlandırılan dəniz xəttinin İsrailə veriləcəyini söyləyib. ABŞ-ın Fələstini məhv etmə planının müzakirə olunduğu Bəhreyndə, Şərqi Aralıq dənizi də gündəmə gəlib. Livanın İqtisadi Bölgəsi olan və zəngin qaz yataqları ilə dolu olan 9-cu blokun İsrailə verilməsinə yaşıl işıq yandırılıb. Orta Şərq və İslam dünyasına yönəlik ABŞ-İsrail planının müzakirə olunduğu Bahreyn iqtisadi forumunda Aralıq dənizində xəritə dəyişikliyi də gündəmə gələn mövzular arasında yer alıb. “Yeni Şəfəq” qəzetinə açıqlama verən Fələstinli mütəxəssis İsrailin quruda olduğu kimi, Aralıq dənizi xəritəsində də yeni işğal sahələri müəyyən etdiyini bildirib. İsrail sərhədlərini aşır Fransa, Yunanıstan və Yunan Kipri tərəfindən artırılan gərginliyə diqqət çəkən Cəlal Selmi, "Aralıq dənizində Türkiyə əleyhində icra edilən təxribatın ən əhəmiyyətli aktyoru İsraildir. Bəhreyn zirvəsində çəkilən Aralıq dənizi xəritəsi Kipr açıqlarında davam edən təxribatın bir parçasıdır və bölgədə Türkiyənin önünü kəsmə cəhdlərinin davamıdır. İsrail quru ilə birlikdə, dəniz sərhədlərinin də yenidən çəkilməsini istəyir. Bu işğal hücumu ilə bir tərəfdən Türkiyənin hərəkət sahəsini daraltmaq, digər tərəfdən isə Kipr təxribat sahəsinə yaxınlaşmaq istəyir" deyib. Aralıq dənizində başda Qəzza açıqlarında yer alan Maren bölgəsi olmaqla, milyardlarla kubmetr qaz potensialı təsbit edildiyini qeyd edən Selmi, Aralıq dənizi planının detallarını belə yekunlaşdırıb: Hədəf zəngin qaz ehtiyatlarıdır "İsrail tərəfinin əvvəlcədən müəyyən etdiyi sahənin İsrailə verilməsi məsələsi Bəhreyndə iştirak edən ərəb dövlətlərinə çatdırıldı. İsrail araşdırma qrupları Aralıq dənizində 5 böyük qaz hövzəsi təsbit etdi və buralarda qazma fəaliyyətlərinə başlama hazırlığı edir. Qarşılığında İordaniya üzərindən Fələstinlilərə xarici səyahət mövzusunda asanlıq tanınması və Sina yarımadasında Qəzza üçün liman və havalımanı inşa edərək Fələstinlilərə kirayəyə veriləcəyi vədi verilib. Bu hadisədə ən təəccüblü məqam isə bütün bunlar üçün müəyyən olunan 6 milyard dollarlıq büdcənin Səudiyyə və BƏƏ-yə ödətdirilməsidir". Müxalifət.az