Əsəd güclərinə ağır zərbə: Müxalif güclər irəliləyir

Baxış sayı:
10549

Heyət Tahrir Şam (HTŞ) və Azad Suriya Ordusuna (ASO) bağlı müxalif güclərin rejim qüvvələrinə qarşı Hama və İdlibdə başlatdığı hücumlarda irəliləmə təmin etdiyi və çox sayda rejim əsgərinin öldürüldüyü bəyan edilib.
 
Suriyanın Hama və İdlib bölgəsində qarşıdurmalar yenidən alovlanıb. Heyət Tahrir Şam (HTŞ) və Azad Suriya Ordusuna (ASO) bağlı müxalif güclərin rejim qüvvələrinə qarşı Hama vilayətinin şimal qərb çölündəki Huwayz qəsəbəsinə ağır bir hücum başlatdığı bildirilib.
Bölgə qaynaqlarından edilən açıqlamalara görə, müxalif döyüşçülərin keçən həftə Hamanın şimal qərbindəki uğursuz hücumlarından bu yana ilk dəfə irəliləmə qeyd etdikləri bildirilib.
Hücumda çox sayda rejim əsgərinin də öldürüldüyü bildirilib.
Bu vaxt HTŞ və ASO güclərinin İdlibin cənubunda Suriya rejim qüvvələrinə qarşı da basqın təşkil etdiyi öyrənilib.
Xüsusi təyinatlı qüvvələr liderliyindəki müxalif döyüşçülərin İdlibin Atşan qəsəbəsinin cənubuna bu gün təşkil etdiklərin şok basqında 23 rejim əsgərinin öldürüldüyü, 6 əsgərin də əsir götürüldüyü açıqlanıb.
Müxalif döyüşçülərin Qəssabıya şəhərinə təşkil etdikləri hücumun isə rejim ordusu tərəfindən püskürdüldüyü bildirilib.
Digər yandan, bu səhər Şamın içindəki ana yollardan biri olan Mezzeh quru yolunda meydana gələn partlayışda bir qadın və uşağın yaralandığı açıqlanıb. Heç bir qrup Şamda meydana gələn partlayış hadisəsinin məsuliyyətini boynuna götürmədiyi öyrənilib.
Müxalifət.az