ABŞ-dan kritik addım! “Fövqəladə vəziyyət” elan edildi

Baxış sayı:
10369

ABŞ-ın ən böyük şəhəri olan New York qlobal istiləşməylə mübarizə etmək üçün "fövqəladə iqlim vəziyyəti" elan edib.
 
Təxminən 9 milyon adamın yaşadığı New York yerli və milli diametrdə  qlobal istiləşməylə mübarizə hərəkatı başlatmaq üçün yeni bir addım atıb.
New York Şəhər Şurası "fövqəladə iqlim vəziyyəti" elan edilməsini və qlobal  iqlim böhranına bir an əvvəl cavab verilməsini nəzərdə tutan qərar qanununu səs çoxluğu ilə qəbul edib.
New York qlobal fövqəladə vəziyyət elan edən və əhalisi bir milyonun çox olan ilk ABŞ şəhəri olub.
 Fövqəladə iqlim vəziyyəti elanı iqlim dəyişikliyinin necə dayandırılacağına  dair qəti çözüm və siyasət ortaya qoymur, ancaq bələdiyyələr üçün bu mövzuda mübarizə sözü vermə simvolu olma xüsusiyyəti daşıyır.
"Sərin Dünya üçün İnnovasiya" adlı forumun məlumatlarına görə, bu ana  qədər 15 ölkədə 670 rəhbərlik qurumu fövqəladə iqlim vəziyyəti elan edib. ABŞ-da isə New York xaric, aralarında San Fransisko və Hobokenin olduğu yalnız 18 şəhər fövqəladə vəziyyət elanı edib.
Müxalifət.az