​2,3 milyonluq saatı oğurlanan azərbaycanlı tək deyilmiş

Baxış sayı:
3481

İspaniyanın İbiza adasında 2.3 milyonluq saatı oğurlanan Azərbaycanlı turistlə bağlı bəzi təfərrüratlar məlum olub. Lent.az xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı Azərbaycanlı adada tək olmayıb. Məsələn, "dailymail.co.uk"un bildirdiyinə görə,həmyerlimizin yanında dostuda olub. Onlar adanın otelində birlikdə qalıblar. Sözügedən hadisə onlar dəniz sahilində gəzərkən baş verib. Əlavə edək ki, oğurlanan saat “Richard Mille” markasına aid olan “50-03 McLaren F1” modelidir.