Futbolçular da etiraz etdi - "Rusiya ölkəmizi işğal edib" - FOTO

Baxış sayı:
14446

Gürcüstanın futbol üzrə yüksək liqasının dünən və srağagün keçirilən oyunlarında qəribə hadisə baş verib. Belə ki, ölkənin  üç komandası –“Torpedo” (Kutaisi), “Rustavi” və Tbilisi “Lokomotiv”inin futbolçuları meydana Rusiya əleyhinə şüarlarla çıxıblar və etiraz bildiriblər.
Azarkeşlər də onlara qoşularaq etiraz edib və plakatlar açıblar. 
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki,  futbolçuların formalarının üzərində “Biz Gürcüstandanıq, Rusiya bizim ölkəni işğal edib” sözləri yazılıb.
Gürcüstan Futbol Federasiyası da bu hərəkətə dəstək olub. Belə ki, ölkənin futbol qrumunun saytı “Lokomotiv”in matçından fotoları “Biz torpaqlarımızın 20 faizinin işğal olunmasını unutmuruq” cümləsi ilə paylaşıb.
Xatırladaq ki, rusiyalı deputatın Gürcüstan parlamentindəki beynəlxalq tədbir zamanı bu ölkənin parlamenti sədrinin yerində əyləşməsi etirazlara səbəb olub. 

Futbolçular da etiraz etdi- "Rusiya ölkəmizi işğal edib" (FOTO)

Futbolçular da etiraz etdi- "Rusiya ölkəmizi işğal edib" (FOTO)

Futbolçular da etiraz etdi- "Rusiya ölkəmizi işğal edib" (FOTO)