ABŞ-dan İrana qarşı yeni təşəbbüs

Baxış sayı:
12211

ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeo İranla ön şərtsiz müzakirəyə hazır olduqlarını, həm də İrana qarşı qlobal bir koalisiya üçün addım atacaqlarını bildirib.
 
Səudiyyə Ərəbistanına səfərindən əvvəl “Joint Andrews” Havalimanında mətbuat mənsublarına açıqlama verən nazir Pompeo, əsas gündəm maddəsinin İran olacağını söyləyib.
Bazar ertəsi günü həm Səudiyyə Ərəbistanı, həm də Birləşmiş Ərəb Əmrliklərində keçirəcəyi görüşləri "İrana qarşı qlobal bir koalisiya" meydana gətirmənin ilk addımı olaraq xarakterizə edən Pompeo, "Onlarla (Səudiyyə və BƏƏ) strateji olaraq necə mövqeləndiyimizi və yalnız Körfəz ölkələrində deyil, Asiya və Avropada da (İrana qarşı) qlobal bir koalisiyası necə yaradacağımızı müzakirə edəcəyik" deyib.
 
"ÖN ŞƏRTSİZ MÜZAKİRƏYƏ HAZIRIQ"
 
Pompeo açıqlamasında, "Ön şərt olmadan müzakirəyə hazırıq. Bizi harada tapacaqlarını bilirlər. Bizimlə əlaqəyə keçməyə hazır olduqlarında müzakirələrə başlaya biləcəyimizə əminəm. Prezident Trampın da söylədiyi kimi, İran xalqı üçün parlaq bir gələcək istəyirik. Bu müzakirələr onlar üçün çıxış yoludur" deyib.
Səudiyyə Ərəbistanı və BƏƏ-dən sonra Hindistana keçəcək olan Pompeo, daha sonra Yaponiya və Cənubi Koreyada da görüşlər keçirəcək.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da dünən bir TV kanalına verdiyi müsahibədə, İran ilə müharibə istəmədiyini və hər hansı bir ön şərt olmadan danışmağa hazır olduğunu söyləmişdi.
Tramp ayrıca, İranın iqtisadi olaraq çox çətin vəziyyətdə qaldığına və müzakirəyə açıq olduğuna inandığını ifadə edərək "İran müqavilə bağlamaq istəyir. Mənim razılaşmam nüvə silahı ilə əlaqəlidir. Baxın, (İran) nüvə silah sahibi ola bilməyəcək. Bu an içində olduqları mövqedən məmnun olduqlarını sanmıram. İqtisadiyyatları həqiqətən pisdir" deyə söyləyib.
Müxalifət.az