Öcalanın kürdlərə “seçkidə bitərəf qalın”çağırışına Kandildən tərs cavab verildi

Baxış sayı:
9214

Terrorçubaşı Abdullah Öcalanın HDP-yə etdiyi "23 iyun İstanbul seçkilərində bitərəf qalın" çağırışına cavab PKK-nın sözdə Kandil terroçubaşlarından olan Murad Karayılandan gəldi.
 
Terrorçubaşı Abdullah Öcalanın çağırışına PKK-nın siyasi qolu olan HDP qısa bir açıqlama ilə cavab verərkən, hər kəs bu mesaja Kandildəki terror baronlarının nə cavab verəcəyini gözləyirdi. Öcalana cavab Kandildəki terrorçubaşı Murad Karayılandan gəldi. Öcalan ilə təşkilat arasında dərin bir çatın olduğu bilinsə də, Karayılanın Öcalanın sözlərinin tam tərsini söyləməsi bu çatın nə qədər dərin olduğunu ortaya qoydu. Belə ki, Öcalan HDP-yə “bitərəf qalın” çağırışı edərkən, Karayılan HDP-lilərin və bütün kürdlərin Binalı İldırımın əleynihə səsvermələrini istəyib.
 
Öz portretinin önündə Öcalana acıq verən Kandilin terror baronu Karayılan, "Bütün kürd insanlarımızın və demokratiyadan yana olan bütün Türk, Kürd və hər birlikdən insanlarımızın bu həqiqətləri düşünərək əllərini vicdanlarına qoyaraq AKP-MHP-ni İstanbulda daha bir dəfə məğlub edəcəklərinə inanıram'' deyib.
Müxalifət.az