Trampın adamından etiraf: "İrana tətbiq etdiyimiz sanksiyalar tərs təpir"

Baxış sayı:
12151

ABŞ-ın İran üzrə Xüsusi Nümayəndəsi Brian Hook "Tramp rəhbərliyinin tətbiq etdiyi sanksiyalar tərsinə döndü. İran diplomatiya ilə cavab vermək yerinə, zorakılığa yönəlməyə davam edir" deyib.
 
Hook Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsində təşkil edilən "Orta Şərq, Şimal Afrika və Beynəlxalq Terrorizm" başlıqlı paneldə ABŞ-lı millət vəkillərinin suallarını cavablayıb.
Panel əsnasında, İranın, xüsusilə Hizbullah üzərindən Suriya və Livan başda olmaqla, regional sabitliyi təhdid etdiyini ifadə edən Hook, İranın "Husilərə verdiyi dəstək səbəbiylə" Yəməndə də problem meydana gətirdiyini söyləyib.
Digər yandan, İranın 2015-də keçmiş ABŞ prezidenti Barak Obama liderliyində imzalanan nüvə razılaşmasından sonra maliyyə cəhətdən daha da gücləndiyi və bölgədəki qrupları maliyyələşdirdiyini deyən Hook, Tehran rəhbərliyinin ABŞ-ın razılaşmadan çıxmasından sonra maliyyə cəhətdən çətinlik yaşamağa başladığını ifadə edib.
 
"İran zorakılığa yönəlməyə davam edir"
 
Hook İranın Donald Tramp rəhbərliyi tərəfindən tətbiq olunan sanksiyalardan əvvəl bölgədəki "zərərli fəaliyyətlərinə" sürət verdiyini ifadə edərək bunları söyləyib:
"Bu vəziyyət Tramp rəhbərliyinin tətbiq etdiyi sanksiyalardan sonra tərsinə döndü. İqtisadi və diplomatik təzyiq kampaniyamız işə yarayır, amma İran diplomatiya ilə cavab vermək yerinə, zorakılığa yönəlməyə davam edir. İrandan diplomatiyaya diplomatiyayla cavab verməsini gözləyirik. Terror və şantajla deyil".
 
"Hücum hazırlığı deyil"
 
Komitə üzvü vəkillər tərəfindən yönəldilən Tramp rəhbərliyinin Orta Şərq və İran mövzusundakı strategiyası ilə bağlı sualları da cavab verən Hook, ABŞ rəhbərliyinin əsas planının bölgədəki müdafiəni gücləndirmək və İran ilə razılaşma təmin etmək olduğunu qeyd edib.
Hook, "Heç kim sülhə olan inancımızdan və İran ilə əlaqələri normallaşdırmaq və əhatəli bir müzakirəyə başlamaq üçün etdiyimiz səydən şübhə duymamalıdır. ABŞ-ın məqsədi Tehran ilə əhatəli bir müzakirə təmin etməkdir. İran xalqı üçün masaya daha parlaq bir gələcək imkanı qoyduq" deyə söyləyib.
ABŞ tərəfindən bölgəyə daha çox əsgər göndərilmə qərarı və Körfəz ölkələrinin silahlandırılmasını "İrandan gələ biləcək hücuma qarşı tədbir" olduğunu deyən Hook, "Bu addımlar İrana qarşı hücum hazırlığı deyil" deyə bildirib.
Digər yandan, ona yönəldilən "Tramp rəhbərliyinin İranın “Əl Qaidə” ilə olan əlaqələri səbəbiylə İrana qarşı hərbi hərəkat başlatma səlahiyyəti olduğuna inanıb inanmadığı" sualına isə cavabdan qaçan Hook, Tramp rəhbərliyinin qanunlara uyacağını söyləməklə kifayətlənib.
Müxalifət.az