Milan-Moskva reysi ilə uçan təyyarədə kondisionerlər işləmədi
16-06-2019 23:56
Baxış sayı:
2707

Milan-Moskva reysi ilə uçan təyyarənin sərnişinləri kondisionerlərin işləməməsindən narahatlıq keçirsələr də, hava gəmisi heç bir problem olmadan Rusiya paytaxtının aeroporta enib.
Ria Novosti-nin məlumatına görə, “Aeroflot” şirkətinə məxsus təyyarədəki ötürücülər hermetikliyin pozulmasını qeydə alıb. Daha sonra kondisioner sisteminin işləmədiyi məlum olub.
Buna baxmayaraq, təyyarənin “Şeremetyevo” hava limanına enişi zamanı heç bir problem yaranmayıb.