​Rusiyaya ən çox hansı ölkə investisiya yatırıb?

Baxış sayı:
5497

2017-ci ildə Rusiya iqtisadiyyatına ən çox investisiya qoyan ölkə ABŞ olub.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumat Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında qeyd edilib.
Məlumata görə, 2017-ci ildə Rusiya iqtisadiyyatına qoyulan investisiyanın 8.9 faizi, yəni 441.1 milyard dolların 39.1 milyardı ABŞ investorlarının payına düşür.