ABŞ-dan daha bir S-400 açıqlaması: İmkan verməyəcəyik

Baxış sayı:
5323

Türkiyə və ABŞ arasında S-400 və F-35 böhranının baş verməsiylə iki ölkə arasında gərginlik artarkən, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Eric Pahon-dan mövzuyla əlaqədar kritik bir açıqlama verilib.
 
Mövzuyla əlaqədar açıqlama verən Eric Pahon "Moskvanın birinci hədəfi, onlar baxımından ən böyük hədiyyə NATO ittifaqında parçalanma yaratmaqdır, amma belə bir şey olmayacaq" deyib.
Türkiyə ilə əlaqədar bir suala cavab verən Pahon, "S-400 razılaşması və bunun F-35 döyüş təyyarələri proqramına təsirləri mövzusunda, Türkiyə-ABŞ-NATO əlaqəsinin bütününə və bu əlaqənin nə qədər böyük və çoxqatlı olduğuna baxmaq lazımdır. ABŞ Türkiyəyə əsas bir strateji müttəfiq olaraq çox dəyər verir. Hərbi təlimlərə, onların qüvvələriylə birlikdə iş həcmimizi artırmaq üçün işə davam edirik. Bu əlaqənin dərinliyinə baxmaq lazımdır. Moskva isə (Türkiyə-ABŞ arasında S-400 mövzusunda yaşanan) bölünmədən istifadə edərək bu çox dərin əlaqəyə zərər verməyə çalışır" deyə bildirib.
 Türkiyə və ABŞ arasındakı əlaqələrin tarixinə diqqət çəkən Pentaqon sözçüsü, "Türkiyə ilə 70 ildir müttəfiqik. Çətin zamanlardan keçdik, bu olacaq. Təbii ki, Türkiyənin S-400 alışından imtina etməsini, S-400-ü satın almamasını və “Patriot”lar kimi NATO ilə uyğun bir sistemi almasını istəyərik" sözlərinə yer verib.
Müxalifət.az