Moskvada erməni əsilli iş adamı tutuldu - 10 MİLYON DOLLARLIQ OĞURLUQ

Baxış sayı:
5179

Moskva polisi "Optima" tütün distribütor şirkətinin erməni əsilli keçmiş sahibi Albert Xudoyanı şirkətlərdən birinin üç torpaq sahəsinin oğurlanması ittihamı ilə saxlayıb.

Bunu onun vəkili Aleksandr Karabanov deyib.

Onun sözlərinə görə, istintaq iş adamını 10 milyon dollar məbləğində ziyan vurmaqda məsuliyyətli bilir.

"Müstəntiq Albert Aşotoviç Xudoyana qarşı üç torpaq sahəsinin oğurlanması şəklində iri həcmdə xüsusi dələduzluq ittihamı irəli sürüb", - deyə hüquq müdafiəçisi bildirib.

Bundan əlavə, vəkil bildirib ki, yaxın vaxtlarda istintaq Xudoyan barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcək./“Report”