SON DƏQİQƏ: Dəhşətli zəlzələ BAŞ VERDİ
15-06-2019 10:54
Baxış sayı:
5055

İndoneziyada yeraltı təkanlar qeydə alınıb. Publika.az xəbər verir ki, Maluku əyalətində 6,4 bal gücündə zəlzələ baş verib. İndoneziya Meteorologiya, İqlim və Geofizika Qurumunun (BMKG) məlumatına görə, zəlzələnin mərkəzi Cənub-şərqi Maluku bölgəsinin 216 km yaxınlığında, yerin 144 km dərinliyində yerləşib. BMKG və Sakit okean Sunami Mərkəzi zəlzələdən sonra sunami xəbərdarlığı verməyib. İlkin məlumata görə, ölən və yaralanan yoxdur.