Sərnişin təyyarədə tualet qapısı əvəzinə çıxış qapısını açdı, aləm qarışdı

Baxış sayı:
11074

Sərnişin təyyarədə tualet qapısı əvəzinə çıxış qapısını açdı, aləm qarışdı İslamabaddan Mançesterə uçuşa hazırlaşan 702-ci reysdə insident baş verib. “Pakistan hava yolları” şirkətinə məxsus təyyarənin qadın sərnişini tualetin qapısı ilə qəza çıxışının qapısını dəyişik salıb. Uçuşa hazırlaşan zaman sərnişinlərdən biri “təhlükəsizlik kəmərini taxın” elanına əhəmiyyət verməyərək tualet axtarmaq üçün ayağa qalxıb və bu insident yaşanıb. Nəticədə 37 sərnişin təxliyyə edilib, reys isə 8 saat gecikib.