SON DƏQİQƏ: Azərbaycanda güclü yanğın, helikopterlər HAVAYA QALDIRILDI
14-06-2019 18:12
Baxış sayı:
11665

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan Dövlət Qoruğunun ərazisində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.
Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.