ABŞ PKK terrorçularına 200 TIR silah göndərdi

Baxış sayı:
10159

Türkiyəyə F-35 mövzusunda divar hörən, S-400 havadan müdafiə sistemləri üzərindən qalmaqal sanksiyalar tətbiq edən ABŞ, terror təşkilatı PKK-nın Suriya qolu YPG-yə 200 TIR ağır silah və zirehli avtomobillər göndərib.
 
Mövzuyla əlaqədar Rusiyanın media qurumu olan “Sputnik”-ə danışan və adının açıqlanmasını istəməyən YPG-nin təşkil etdiyi DSG səlahiyyətlisi bunları söyləyib:
 
"ABŞ yeni bazalar quracaq"
 
“ABŞ bizə ağır silah və zirehli avtomobillər və pikap avtomobillər göndərib. Ayrıca, yeni hərbi bazaların inşasında istifadə edilmək üçün beton bloklar da göndərilib. ABŞ Deyrizor və Hasəkə bölgələrində yeni bazalar quracaq. Hərbi daşıma İraq Kürdüstan Regional Rəhbərliyinin nəzarətindəki Semalka Sərhəd Məntəqəsindən edilib. Oradan da TIR-larlar Kobani bölgəsindəki DSG mərkəzlərinə daşınıb. ABŞ bizə kömək etməyə davam edəcək.
 
Tramp "geri çəkiləcəyik" demişdi
 
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl bir neçə dəfə "IŞİD-ə qalib gəldik” açıqlaması etmiş və Suriyada olan Amerikan əsgərlərinin az qala hamısını geri çəkəcəyini elan etmişdi.
Müxalifət.az