Rus polisinə Türkiyə yolu göründü
14-06-2019 08:40
Baxış sayı:
8500

Rusiyanın Daxili İşlər naziri Vladimir Kolokoltsyev Rus polisinin tətil edə biləcəyi ölkələr arasına Türkiyənin alınmasına yönəlik qərar imzalayıb.
Rusiyanın “Kommersant” qəzeti bu barədə xəbər dərc edib.
Qərarla Tailand da gedilməsi sərbəst olan ölkələr arasına alınıb.
Qeyd edək ki, Rusiyada Daxili İşlər nazirliyi işçiləri və digər təşkilatlardakı təhlükəsizlik işçilərinin 2014-də xaricə çıxması və xaricdə tətil etməsi qadağan edilmişdi.
Bir müddət sonra təhlükəsizlik işçilərinin yalnız köhnə Sovet ölkələri olan Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus, Türkmənistan və Özbəkistanın yanında Çin, Vyetnam və Kübaya getməsinə icazə verilmişdi.
Müxalifət.az