ABŞ Hindistanı HƏDƏLƏDİ: Seçim etməlisiniz!
13-06-2019 22:05
Baxış sayı:
8743

Hindistan strateji partnyorluq məsələsində seçim etməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə müşaviri Alis Vels deyib.
O, S-400 sisteminin alınacağı təqdirdə ABŞ silahları ilə uyğunlaşmada Hindistanın problemlər yaşayacağını bildirib:
“Bir nöqtədə partnyorluq məsələsində strateji seçim etməlisiniz. Hansı silah sistemlərindən istifadə ilə bağlı qərar verməlisiniz”.
Qeyd edək ki, Dehlinin Rusiya istehsalı S-400-ə marağı Vaşinqtonu ciddi narahat edir.