Erməni ekspert: "Robert Köçəryan" işi Paşinyanın ziyanına işləyir"

Baxış sayı:
8425

Nə qədər ki, Ermənistanın 3 prezidenti hazırkı iqtidara qarşı müxalif mövqedədir, baş nazir Nikol Paşinyanın reytinqi həmişə yüksək olacaq.

Erməni siyasi ekspert Karen Köçəryan bu sözləri yerli mətbuata müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistanda müxalifət Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanın timsalındakı “Bermud üçbucağı” ətrafında birləşməyə davam etdikcə Paşinyanın mövqeləri həmişə möhkəm qalacaq.

“Müxalifət bu üçbucağın əhatəsindən çıxdığı halda iqtidar üçün əlavə problemlər yarana bilər”,-deyə K. Köçəryan vurğulayıb.

Erməni siyasi texnoloqu Robert Köçəryana qarşı qaldırılan cinayət işinin hüquq-mühafizə orqanları üçün ciddi problemlər doğurduğunu sözlərinə əlavə edib.

“Uzun illərdən bəri erməni ictimaiyyəti ölkədə kütləvi korrupsiyanın tüğyan etdiyinə əmin idi. Lakin hakimiyyət dəyişikliyindən bu yana bununla bağlı heç bir tutarlı fakt ortaya qoyula bilməyib. Bu o deməkdir , ya edilən bütün bəyanlar yalanmış, ya da hüquq mühafizə orqanları çox pis işləyirlər,”-deyə erməni ekspert bildirib.

Karen Köçəryan vaxtilə Serj Sərkisyanın bir daha ölkə rəhbərliyinə gəlməyəcəyi sözünü tutmadıqdan sonra devrildyini xatırladıb. “Elə indiki iqtidar da bunu çox gözəl anlamalıdır”,-deyə o sonda qeyd edib.