​"Qaloş piri"nə RƏSMİ MÜNASİBƏT

Baxış sayı:
8307

"Goranboyda "Qaloş piri" ilə bağlı yayılan görüntülər təəssüf hissi doğurur".
Muxalifet.az apa-ya istinadla xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, orada daimi olaraq bu cür tədbirlərin keçirilməsi ilə bağlı Komitədə məlumat yox idi: "Komitənin yerli şöbəsi həmin yerdə araşdırma aparıb və həmin adamlara izah olunaraq xəbərdarlıq olunub ki, bu cür hərəkətlər qanuna zidd və xurafatdır. Əminəm ki, onlar da müəyyən nəticə çıxarıblar və bu hal təkrar olunmayacaq. Burada xurafat elementinin olması insanların müəyyən məsələləri kifayət qədər bilməməsindən irəli gəlir. Çünki bilirik ki, insan sağlamlığının olması öz əlindədir və səhhətində problem varsa, həkimə getməlidir". M.Qurbanlı deyib ki, aman-zaman bu cür hadisələr, xurafat elementləri başqa ölkələrdə də rast gəlinir: "Təbii ki, bunlar olmamalıdır. Bunun da qarşısını almaq üçün maarifləndirici iş görməli, zamanında insanlara xəbərdarlıq edilməlidir ki, bu cür hərəkətlər qanuna ziddir. Əslində bu dini fəaliyyət deyildi. Buna dinlə bağlamaq düzgün deyil. Bizim üzərimizə düşən öhdəliyi bilirik və lazımı tədbirləri görürük".