Çimərliklərində qadın xilasedicilər çalışacaq
13-06-2019 16:09
Baxış sayı:
8089

Gürcüstanın Acarıstan Muxtar Respublikasında builki çimərlik mövsümündə ilk dəfə olaraq qadın xilasedicilər çalışacaq.
“Report” xəbər verir ki, 20-yə yaxın xanım xilasedici iyunun 15-dən etibarən çimərliklərdə kişi xilasedicilərlə birgə xilasetmə işlərinə cəlb olunacaq.
Qadın xilasedicilər Batumi Dəniz Akademiyasının tələbələridir. Onlar fiziki hazırlıq təlimini başa vurublar.
Acarıstanda builki çimərlik mövsümündə, ümumilikdə, 250 xilasedici çalışacaq.