İngiltərədən Avropa Birliyinə sərt çıxış: ÖDƏMƏYƏCƏYİK

İngiltərənin Avropa Birliyindən (AB) ayrılma müddətinin əvvəlindan bu yana ən böyük dəstəkçilərindən olan keçmiş Xarici İşlər naziri Boris Johnson, ölkəsi ilə AB arasında varılan “Brexit” razılaşmasının gərəyi olaraq İngiltərənin ödəməsi lazım olan təxminən 44 milyard yevroluq təzminatı dərhal ödəməyəcəkləri ilə təhdid edib.
Teresa Meyin Mühafizəkar Partiyanın sədrliyi və baş nazirlik vəzifələrindən istefasından sonra bu vəzifələr üçün namizəd olan şəxslər arasında favorit göstərilən Johnson, “Brexit” şərtləri İngiltərə üçün yaxşılaşdırılana və müddətlə əlaqədar daha dəqiq bir vəziyyət ortaya çıxana qədər təzminat ödəməyəcəklərini ifadə edib.
Alman mətbuat orqanı “Deutsche Welle”-nin xəbərinə görə, "Yaxşı bir razılaşmanın nəticələnməsi üçün pul həm müdhiş bir həlldir, həm də müdhiş bir rüşvət vasitəsidir" deyən Johnson, razılaşmanın son bir şəkildə tamamlanmamasına baxmayaraq bütöv çekin altına imza atmağı həmişə qəribə olduğunu ifadə edib.
Johnsona Trampdan dəstək
Ötən həftə İngiltərəyə səfər edən ABŞ prezidenti Donald Tramp da İngilislərə AB-nə olan borclarını ödəməmə tövsiyəsində olmuş və Boris Johnsonun partiya liderliyi və baş nazirlik üçün mükəmməl üstünlüklərə sahib olduğunu dilə gətirmişdi. AB ilə İngiltərə arasında daha əvvəl edilən görüşmələrdə, İngilislərin verdiyi “Brexit” qərarının AB-nə gətirəcəyi maddi yükün qarşılanması üçün Londonun 44 milyard avro təzminat ödəməsi üzərində razılaşma təmin edilmişdi.
Müxalifət.az