Azərbaycanda “Qaloş piri” BİABIRÇILIĞI – Video
9-06-2019 20:03
Baxış sayı:
3355

Sosial şəbəkələrdə Azərbaycanda çəkilən görüntülər rezonans doğurub. Videoda “Qaloş piri” deyilən yerə gələn insanlara şəfa tapmaq, niyyətlərinin qəbul olunması üçün başlarına qaloş sürtdürürlər. Məsələni Oxu.Az-ın əməkdaşı araşdırıb. Məlum olub ki, video Goranboy rayonu Qurbanzadə kəndində çəkilib. Yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışıb. Onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar. Həmin görüntüləri təqdim edirik: