Türkiyədə suriyalılara dənizdə çimmək qadağan edildi – ŞOK SƏBƏB
9-06-2019 11:20
Baxış sayı:
3037
Türkiyənin Bursa şəhərinin Mudanya bölgəsində suriyalı qaçqınlara sahilə getmək və dənizdə çimmək qadağan edilib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Mudanya bələdiyyəsi qərar qəbul edib. Bələdiyyədən verilən açıqlamada Mudanya xalqının narahat olduğuna görə belə bir qərar verildiyi bildirilib.
CHP-çi bələdiyyə sədri Hayri Türkyılmazın Tvitterdə paylaşdığı xəbərdə “Mudanya bələdiyyə sədri suriyalıların işğal etdiyi sahilləri qurtardı” sözləri sosial istifadəçiləri tərəfindən irqçilik kimi qiymətləndirilib.